"Putin Ukraynadakı "5-ci kolon"un fəaliyyətinə 1 milyard dollar ayırıb..." -VİDEO

16-04-2022, 09:55           
"Putin Ukraynadakı "5-ci kolon"un fəaliyyətinə 1 milyard dollar ayırıb..." -VİDEO
"Bəs görəsən, Putin Azərbaycandakı "5-ci kalon"a nə qədər pul ayırıb(yoxsa ayırmayıb və...) və həmin pullara kim nəzarət edir?.."

Ukraynanın məşhur "GORDON" nəşrinin təsisçisi Dmitri Qordon Rusiya prezidenti Vladimir Putinin öz qızının xaç atası, Ukrayna xalq deputatı, “Müxalifətçi Platforma - Həyat uğrunda” partiyasının lideri Viktor Medvedçuku azad etmək üçün hər hansı tədbir görəcəyinə şübhə edir.

Moderator.az xəbər verir ki, bu barədə jurnalist aprelin 13-də Rusiya müxalif lideri Navalnı tərəfdarlarının “Populyarnaya politika” ("Populyar siyasət") "YouTube" kanalına müsahibəsində danışıb.

"Deyilənə görə, Putin Medvedçukun və Medvedçukun rəhbərlik etdiyi Ukraynadakı "beşinci kolon"un fəaliyyətinə 1 milyard dollar ayırıb. Medvedçuk isə bunun cəmi 100 milyon dollarını təyinatı üzrə xərcləyib, qalanını mənimsəyib. Məncə, Putin bunu bilir.

Medvedçuk həmişə Putinə deyirmiş:

“Vladimir Vladimiroviç, işlər gedir, hər şey gözəl və əladır, sizi burada sevirlər, biz bir dəstə agent ələ alırıq, bizim telekanallarımız var, bu var, o da var... Hər şey qaydasındadır.”

Hələ bir vaxtlar Putin Ukraynaya gələndə Medvedçuk onun üçün əldən-ayaqdan gedirdi. Bunu hamı bilir: Putinin marşrutu boyunca hər yerdə onun portreti olan lövhələri, “Rusiya - Ukrayna, dostluğu əbədidir" şüarları və s. düzülürdü. Yəni bunlar, sadəcə, ayrılan pulu oğurlamaq üçün müvəqqəti qurulmuş şeylər idi. O, oğrudur, siçovuldur. İndi nə baş verir? Medvedçuk tutuldu, əli qandallıdır. Çoxları mübahisə edir. : Putin nə edəcək, Medvedçuku dəyişəcəkmi? Hələlik olmayacaq. O, hələ Medvedçukun davranışına baxacaq”, – deyə Qordon bildirib.

Onun fikrincə, Putin dünyanın indi bu vəziyyətə və onun reaksiyasına baxdığının fərqindədir.

"Putin, yəqin ki, artıq Medvedçuku sevmir, çünki o, onu aldadıb və Putinin Ukraynada necə böyük perspektivlərə malik olduğunu deyib. Ona görə də düşünürəm ki, Putin Medvedçuku xilas etmək üçün heç bir səy göstərməyəcək", - deyə Qordon əlavə edib.

P.S. Bəs görəsən, Putin Azərbaycandakı "5-ci kalon"a nə qədər pul ayırıb(yoxsa ayırmayıb və...) və həmin pullara kim nəzarət edir?..













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru