ABŞ Rusiyaya sanksiyalardan yan keçməyə kömək edənləri cəzalandıracaq

16-04-2022, 10:25           
ABŞ Rusiyaya sanksiyalardan yan keçməyə kömək edənləri cəzalandıracaq
ABŞ Rusiyaya sanksiyalardan yan keçməyə kömək edənlər barəsində yeni tədbirlər elan edib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

Onun sözlərinə görə, Ağ Ev yaxın günlərdə bu tədbirlər barədə məlumat yayacaq.

"Düşünürəm ki, yaxın bir-iki həftə ərzində Rusiyaya sanksiyalardan yayınmağa kömək etməyə çalışanlar haqqında məlumat alacağıq. Onlar bizim hədəfimizə çevriləcəklər", - Sallivan qeyd edib.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bəyan edib ki, Rusiya ölkənin siyasi rəhbərliyinin razılığı ilə sanksiyaya məruz qalmış malların, o cümlədən hərbi malların Gürcüstan ərazisindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə çalışır. Gürcüstan tərəfi bunu təkzib edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru