Pakistan Əfqanıstana havadan və qurudan hücuma keçdi

16-04-2022, 19:16           
Pakistan Əfqanıstana havadan və qurudan hücuma keçdi
Pakistan Əfqanıstanın Xost və Kunar əyalətlərinə havadan və qurudan hücumlar həyata keçirib.

Axar.az xəbər verir ki, bu barədə Taliban müvəqqəti hökumətinin Xost Polis İdarəsinin sözçüsü mətbuata açıqlamasında bildirib.

Bildirilir ki, Pakistan hava qüvvələri Xost şəhərinin Spire rayonunda 4 kəndə hava zərbələri endirib.

Sözçü hücumda mülki itkilərin və bu kəndlərin Pakistan sərhədinə yaxın olduğunu açıqlayıb.

Şahidlər hücumda ölən və yaralananların sayının 15-dən çox olduğunu bildiriblər.
Taliban müvəqqəti hökumətinin Xarici İşlər Nazirliyi Pakistanın Kabildəki səfirini nazirliyə çağıraraq hücumlarla bağlı izahat istəyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru