2-3 ay vaxt qalıb, Çin Rusiyaya qarşı... - SENSASİYA

17-04-2022, 11:22           
2-3 ay vaxt qalıb, Çin Rusiyaya qarşı... - SENSASİYA
Rusiyanın Ukraynadakı vəziyyəti öz xeyrinə çevirmək üçün 2-3 ay vaxtı var. Bu müddət ərzində Çin Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq.

Publika.az xəbər verir ki, bunu Sankt-Peterburqdakı Uzaq Şərq Ölkələrinin Öyrənilməsi Mərkəzinin rəhbəri, sinoloq Kirill Kotkov bildirib.

"Hər şey Ukraynadakı hadisələrdən asılıdır. İnanıram ki, qarşıdakı 2-3 ay hər şeyi həll edəcək. Rusiya üçün hər şey yaxşı olarsa, o zaman Çin ölkəmizi dəstəkləyəcək. Hadisələr Moskva üçün əlverişsiz ssenari üzrə getsə, ÇXR tez bir zamanda siyasətini dəyişəcək" - K.Kotkov qeyd edib.

O hesab edir ki, Pekin həm Moskva, həm də Qərb tərəfdaşları ilə münasibətləri qorumağa çalışacaq və buna görə də bu məsələlərdən mümkün qədər uzaq olacaq.

Bundan əvvəl Çin Xarici İşlər Nazirliyi bildirmişdi ki, ABŞ hakimiyyəti Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya-Çin münasibətlərini korlamaq cəhdlərini dayandırmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru