KİYEVDƏ MİN NƏFƏR DİNC SAKİNİN MEYİTİ TAPILDI – “Böyük əksəriyyəti atıcı silahlardan öldürülüb”

17-04-2022, 20:23           
KİYEVDƏ MİN NƏFƏR DİNC SAKİNİN MEYİTİ TAPILDI –
Kiyev vilayətinin işğalçılardan azad edilmiş yaşayış məntəqələrində bir həftə ərzində mindən çox həlak olmuş dinc sakinin cəsədi tapılıb.

Qafqaz.media xəbər verir ki, bu barədə Milli Polisin Kiyev vilayəti üzrə Baş İdarəsinin rəisi Andrey Nebytov bildirib.

"Bir gündə 41 cəsəd tapıldı. Dünənə olan məlumata görə, cəmi 996 ölü tapılıb. Son bir həftə ərzində mindən çox olacaq. Bir daha vurğulayıram ki, bunlar öldürülən mülki şəxslərin cəsədləridir. Böyük əksəriyyəti atıcı silahlardan öldürülüb. Hazırda 200-ə yaxın insan itkin düşmüş şəxs siyahısındadır, 300-ə yaxın adamın kimliyi hələ müəyyən edilməyib, yəni qohumlar bu cəsədlərdə heç bir şəxsin kimliyini müəyyən etməyiblər”.

Nebytov bildirib ki, ölənlər arasında uşaqlar da var.

"Uşaqlar var, yeniyetmələr var. Bunlar yeddi aydan bir yaşa qədər olan uşaqlardır", - o əlavə edib.

Qafqaz.media-nın daha əvvəl xəbər verdiyi kimi, fevralın 24-də Rusiya Federasiyası Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayıb. İşğalçılar təkcə hərbi infrastrukturu yox, mülki obyektləri də dağıdıb, dinc sakinləri qətlə yetiriblər. Aprelin 16-na olan məlumata görə, işğalçılar 200 uşağı öldürüb, 360-dan çoxu yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru