“Böyük yeddilik” Ukraynaya 24 milyard dollar ayırıb

21-04-2022, 11:19           
“Böyük yeddilik” Ukraynaya 24 milyard dollar ayırıb
“Böyük yeddilik” (“G-7”) ölkələri 2022 və 2023-cü illər üçün Ukraynaya əlavə dəstək məqsədi ilə 24 milyard dollardan artıq maliyyə vəsaiti ayıracaq”.

Teref.az “Report”a istinadən xəbər verir ki, bu barədə “G-7”liyə daxil olan ölkələrin maliyyə nazirləri yaydıqları birgə bəyanatda bildiriblər.

Bəyanatda rəsmi Kiyevə daha böyük məbləğdə maliyyə dəstəyi verməyə hazır olduqlarını vurğulayıblar: “Ukrayna xalqını və hakimiyyətini tərəddüd etmədən və səmimi həmrəyliklə dəstəkləyirik”.

“Böyük yeddiliyin” nazirləri “G-20”liyin, Beynəlxalq Valyuta Fondu və Ümumdünya Bankının iştirakı ilə bu həfətə keçiriləcək beynəlxalq foruma Rusiyanın nümayəndəsinin qatılacağını təəssüf hissi ilə qeyd ediblər: “Beynəlxalq təşkilatlar və çoxtərəfli forumlar Rusiya ilə adi manevrlə davranmamalıdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru