Bu ölkə ukraynalılara yardım aparan təyyarəni qəbul etmədi
21-04-2022, 10:25
Hindistan hökuməti ukraynalı qaçqınlara humanitar yardım aparacaq Yaponiya hərbi təyyarələrinin ölkə aeroportlarından yük götürməsinə icazə verməyib. APA-nın Kyodo agentliyinə istinadla xəbərinə görə, rəsmi Tokio bunu koordinasiyanın yetərsiz olması ilə izah edib. BMT-nin müvafiq qurumları ilə əldə edilmiş razılığa görə, ukraynalılar üçün nəzərdə tutulmuş humanitar yükləri götürmək üçün Yaponiya təyyarələri Hindistan və BƏƏ-nin hava limanlarına enməli idi. Buradan yük götürən təyyarələrin istiqaməti Polşa və Rumıniya idi. İşçi görüşdə bu varianta razı olan Hindistan aprelin 20-də razılıqdan qəti şəkildə imtina edib.