İsrailin baş naziri CNN aparıcısına: "Yalan deyirsən"

21-04-2022, 12:21           
İsrailin baş naziri CNN aparıcısına:
İsrailin baş naziri Naftali Bennet CNN telekanalına müsahibə verib. Jurnalistin sualına cavab verərkən onu "yalan danışmaq"da ittiham edib.
Bizimyol.info xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Aparıcı Christiane Amanpour: Dünyanın vərdiş etdiyi mənzərə, davamlı qətllər, qan tökülmələri, bütün tərəflərin dalana dirənməsi, kollektiv cəzalar və ədalətli saylar, 2022-ci ildə İsraildə öldürülənlərin çoxluğudur. Və heç bir danışıqlar və münaqişəni dayandırmaq cəhdləri yoxdur. Mən sadəcə, bilmək istəyirəm ki, siz münaqişənin sona çatması üçün hər hansı enerji və siyasi kapital qoyursunuzmu?”,- deyə sual verib.

Bennett cavabında: “Təəssüf ki, təqdim olunan şəkil doğru deyil. İsrail sülhsevər ölkədir. Bir ay əvvəl üstümüzə yeni terror dalğası gəldi. Terror aktları nəticəsində 14 nəfər həlak olub. Bəziləri İŞİD üzvü olan ərəb terrorçuları sadəcə olaraq küçələrdə insanları avtomat silahlardan güllələyiblər. Bu qəbuledilməzdir. Mən “hər iki tərəfin” günahı ilə bağlı mülahizələrin əleyhinəyəm. Bu doğru deyil. Onlar bizə hücum etməyəndə bizim onlarla problemimiz yoxdur. Amma onlar bizə hücum edəndə mən onların terrorçu bazalarını vuracağam və hər hansı bir lider bunu edəcək. Ümumiyyətlə, mənim İsrailin təhlükəsizliyi ilə bağlı təcrübə aparmaq fikrim yoxdur. Sonuncu dəfə bunu Qəzzada etdik, Qəzzanı boşaltmaq və 67-ci il sərhədlərinə qayıtmaq müqabilində cəhənnəmə düçar olduq - bizə on minlərlə raket atıldı", deyə cavab verib.

General-mayor Yehuda Foksun "məskunlaşma terrorundan narahat olduğu" iddialarını xatırladan Amanpour problemin "işğal olunmuş ərazilərdəki məskunlaşanların" olduğunu deyib. Bennet buna sərt reaksiya verib: “Dediklərin yalandır, kim kimi öldürür? Bunlar işğal olunmuş ərazilər deyil, mübahisəli ərazilərdir”,- deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru