Zelenski Ukraynanın müharibədən sonra bərpası üçün Milli Şura yaradıb

22-04-2022, 08:43           
Zelenski Ukraynanın müharibədən sonra bərpası üçün Milli Şura yaradıb
Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin müharibədən sonra bərpası üçün Milli Şura yaradıb. "Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, dövlət başçısı bununla bağlı müvafiq sərəncam imzalayıb.

Nazirlər Kabinetinə iki həftə müddətində onun informasiya-analitik dəstəyini həyata keçirəcək orqanı müəyyən etmək tapşırılıb.

Milli Şuraya Prezident Ofisinin rəhbəri və onun müavinləri, Ali Radanın bütün komitələrinin rəhbərləri, Baş nazirin müavinləri və bütün nazirliklərin rəhbərləri daxildir.

Milli Şuranın əsas vəzifələri ölkənin müharibədən sonrakı yenidən qurulması və inkişafı üçün tədbirlər planının hazırlanması, müharibədən sonrakı dövrlərdə islahatlara dair təkliflərin və strateji təşəbbüslərin hazırlanmasıdır.

Xatırladaq ki, Avropa İttifaqı Ukraynanın müharibədən sonrakı bərpası xərclərinin böyük hissəsini öz üzərinə götürmək niyyətindədir.

Qeyd edək ki, bir müddət əvvəl Zelenski Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristalina Georgiyeva ilə Ukraynanın müharibədən sonrakı bərpasını müzakirə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru