Finlandiya yaxın həftələrdə NATO-ya üzvlük üçün müraciət edəcək

22-04-2022, 11:03           
Finlandiya yaxın həftələrdə NATO-ya üzvlük üçün müraciət edəcək
Finlandiya yaxın həftələrdə NATO-ya üzvlük üçün müraciət edəcək.

Bunu Finlandiya parlamentinin Xarici Əlaqələr Komitəsinin sədr müavini, Finlandiyanın keçmiş xarici işlər naziri Erkki Tuomioya Stokholmda həmkarları ilə görüşdən sonra jurnalistlərə bildirib.

Cümə axşamı Finlandiya Parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvləri Stokholmda İsveç Parlamentinin sədri Andreas Norlen, xarici işlər və müdafiə komitələrinin nümayəndələri, habelə xarici işlər naziri Ann Linde və müdafiə naziri Peter Hultqvist ilə görüşlər keçiriblər.

Sosioloji sorğulara əsasən, Finlandiya parlamentində böyük əksəriyyət NATO üzvlüyünə səs verəcək.

Mənbə: “RİA Novosti”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru