Britaniyalı planeti xilas etmək üçün aclıq aksiyası keçirdi

22-04-2022, 12:14           
Britaniyalı planeti xilas etmək üçün aclıq aksiyası keçirdi
Britaniyalı fəal planeti qlobal istiləşmədən xilas etmək üçün yeməyi dayandırıb. 52 yaşlı Anqus Rouz 37 günlük aclıq aksiyasından sonra səlahiyyətlilərdən cavab alıb.

Rouz hökumətin baş elmi müşaviri Patrik Vallensin iqlim dəyişikliyi ilə bağlı qurumun üzvlərinə açıq şəkildə müraciət etməsini tələb edərək parlament binası qarşısında aksiya keçirib.

Nəticədə, deputat qrupu 2022-ci ilin may və ya iyun aylarında elmi brifinq keçirməyi planlaşdırıb. Brifinqin səsyazısı bütün deputatlara göndəriləcək və ictimaiyyətə açıqlanacaq. Vallans tədbirdə iştirak etməyə razılıq verib.

Qeyd edək ki, 17 kiloqram arıqlayan fəal aclıq aksiyasını dayandırıb.

Mənbə: lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru