"The Guardian"-da sensasion açıqlama - İraq müharibəsində afrikalı uşaqlardan istifadə olunub
19-04-2016, 17:37
İngiltərənin “Aegis” təhlükəsizlik şirkətinin Syerra-Leonedə döyüşən uşaqları İraqda muzdlu əsgər olaraq istifadə etdiyi məlum olub.
Avropa.info xəbər verir ki, “The Guardian” qəzeti İngiltərədə təhlükəsizlik xidmətləri göstərən bir şirkətin İraq işğalı əsnasında Afrikalı uşaqları muzdlu əsgər kimi istifadə etdiyindən yazıb.
Şirkətdə əvvəllər yüksək vəzifə tutan Ceyms Elleri tərəfindən verilən açıqlamada afrikalı uşaqların avropalı əsgərlərlə müqayisədə daha ucuz olduğu üçün bu üsuldan istifadə olunduğu bildirilir.
Syerra-Leonedə işsizlik nisbətinin yüksək olduğu və təhlükəsizlik şirkətinin yaxşı əmək haqqı verdiyi üçün uşaqlar da muzdlu olaraq döyüşməyə can atır. “Aegis” şirkəti muzdlu olaraq döyüşənlərə gündəlik 16 dollar pul ödəyir.
Xatırladaq ki, Syerre-Leone Afrikanın qərbində yerləşən və 6 milyon əhalisi olan kasıb bir ölkədir.