İsrail Milli Qvardiya yaradır

9-05-2022, 11:24           
İsrail Milli Qvardiya yaradır
İsrail hazırda terrorla mübarizədə yeni mərhələnin başlanğıcındadır və milli qvardiya yaratmağı planlaşdırır.

Bu barədə hökumətin həftəlik iclasında baş nazir Naftali Bennet bildirib.

Baş nazir həmçinin mayın 5-də Elad şəhərində üç israillini öldürən iki fələstinli terrorçunu yaxalayan təhlükəsizlik qüvvələrinin hərəkətlərini alqışlayıb.

Qeyd edək ki, sözügedən terror aktı martın ortalarından bəri ölkədə 19 nəfərin ölümünə səbəb olan silsilə hücumların davamıdır.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru