Nadejda Savçenko Ukraynaya qaytarılır

21-04-2016, 09:05           
Nadejda Savçenko Ukraynaya qaytarılır
Rusiya məhkəməsi ukraynalı pilot qadın Nadejda Savçenkonun cəza müddətini vətənində çəkə bilmək məsələsini həll edəcək. Virtualaz.org xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Ədliyyə Nazirliyinin mətbuat xidməti yayıb.

«Ukrayna tərəfi Rusiyaya N.V.Savçenkonun təhvil verilməsinə razılığını bildirməlidir. Bundan əlavə, Ukrayna qanunvericiliyinə uyğun olaraq, Rusiya məhkəməsinin bu şəxs haqqında məhrumetmə qərarının yerinə yetirilməsi barədə qərar çıxarılmalı, bu qərar qüvvəyə minməli və rus dilinə tərcümə olunaraq, təqdim edilməlidir», - mətbuat xidmətinin məlumatında belə deyilir.

Bir qədər öncə Savçenkonun vəkili İlya Novikov bildirmişdi ki, onun müvəkkili yaxın 1 ay ərzində vətəninə təhvil verilə bilər. Onun fikrincə, Rusiya tərəfi Savçenkonu Ukraynada məhkum olunmuş iki Rusiya vətəndaşına — Aleksandrov və Yerofeyevə dəyişəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru