İraq ordusu Hit şəhərini İŞİD silahlılarından azad edib

21-04-2016, 09:10           

İraq təhlükəsizlik qüvvələri Ənbar əyalətində yerləşən Hit şəhərini İŞİD terror qruplaşmasının silahlılarından azad edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Pentaqonun nümayəndəsi, polkovnik Stiv Uorren bəyan edib.

“Şəhər təhlükəsizlik qüvvələri, ordu və könüllülər dəstələrinin birgə əməliyyatı nəticəsində azad olunub. Bundan əlavə, ötən həftə hökumət qüvvələri Fərat çayı vadisində terrorçuların bir neçə hücumunu dəf edib”, deyə S.Uorren bildirib bildirib.

Qeyd edək ki, 100 mindən çox əhalisi olan, strateji əhəmiyyətli Hit şəhəri 2014-cü ilin oktyabrında terrorçuların əlinə keçmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru