Moldova BMT vasitəsilə Rusiya ordusunun Dnestryanıdan çıxarılmasını tələb edir

10-05-2022, 09:04           
Moldova BMT vasitəsilə Rusiya ordusunun Dnestryanıdan çıxarılmasını tələb edir
Moldova BMT vasitəsilə Rusiya ordusunun Dnestryanıdan çıxarılmasını tələb edir.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Moldovanın Baş naziri Nataliya Qavrilitsa bildirib.

"Moldova BMT platformasından regionda tanınmamış rejimin nəzarətində olan ərazidə insan hüquqlarının pozulmasına diqqət çəkmək üçün istifadə edir. BMT qətnamələrində bu mövzuların olması ondan xəbər verir ki, Dnestryanı münaqişəni dünya ictimaiyyəti gündəmdə saxlayır”, - Qavrilitsa deyib.

Onun sözlərinə görə, Kişinyov münaqişənin sülh yolu ilə həllini tapmaq istəyir ki, bu da ölkəni bütün vətəndaşların rifahı naminə inkişaf etdirməyə imkan verəcək.

Qeyd edək ki, 2018-ci ilin iyununda BMT Baş Assambleyası Rusiyanı qoşunlarını Dnestryanı bölgədən çıxarmağa çağırıb, qətnaməni 64 dövlət dəstəkləyib, 14-ü əleyhinə çıxıb, daha 83 ölkə bitərəf qalıb. Bundan əvvəl Moldova Prezidenti Maya Sandu dəfələrlə Dnestryanıdakı silah-sursat anbarlarını qoruyan Rusiya hərbçilərinin geri çəkilməsinə çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru