Səudiyyə Ərəbistanı10 milyard dollarlıq kredit alacaq
21-04-2016, 09:23
Dünya bazarında neftin ucuzlaşması Səudiyyə Ərəbistanını da beynəlxalq bankların ayağına gətirib.
Strateq.az Bloomberg informasiya agentliyinə istinadən xəbər verir ki, rəsmi Riyad banklardan 10 milyard dollar kredit almağa hazırlaşır. Müxtəlif ölkələrə məxsus banklarla əldə olunan razılaşma bu ayın sonuna qədər imzalanacaq.
Aralarında Amerika, Avropa, Yapon və Çin banklarının da olduğu kreditorlardan krallıq əvvəl 8 milyard dollar almaq istəyirmiş. Ancaq daha sonra bu miqdar 10 milyarda yüksəldilib. Məlumata görə, Səudiyyə Ərəbistanının maliyyə gücü potensialı qapısı döyülən bütün banklar tərəfindən etibarlı hesab olunduğundan, kreditorlar bu müraciətlərə tərəddüdsüz müsabət cavab veriblər.