İtaliya mafiyasına ağır zərbə: 80-ə yaxın adam saxlanıldı

10-05-2022, 16:34           
İtaliya mafiyasına ağır zərbə: 80-ə yaxın adam saxlanıldı
İtaliya hüquq-mühafizə orqanları çərşənbə axşamı “Ndrangeta” mafiya qruplaşmasına qarşı keçirilən əməliyyat zamanı 77 nəfəri saxlayıb.
Teref.az xəbər verir ki, bu barədə “İl Fatto Quotidiano” qəzeti yazıb.

Məlumata görə, 43 şəxs paytaxt Romada, 34 nəfər isə Kalabriya vilayətində saxlanılıb. Qəzetin yazdığına görə, saxlanılanlar arasında kiçik Kozoleto yaşayış məntəqəsinin meri Antonino Coffre də var. İtaliya paytaxtında şübhəli bilinənlər müxtəlif sektorlardakı – balıqçılıq sənayesi, dəri istehsalı, həmçinin çörək və şirniyyat sexləri və s. bizneslərə nəzarəti ələ keçirməyə çalışan mafioz qruplarla əlaqədə ittiham olunurlar.

İtaliyanın hüquq-mühafizə orqanları 10 ildən çoxdur ki, ənənəvi olaraq “cənublu” hesab edilən cinayətkar təşkilatın uzun müddətdir öz fəaliyyətini ölkənin şimal bölgələrində, eləcə də Avropa ölkələrində yaydığını müəyyən edib. “Ndrangeta” Cənubi Amerikadan Avropaya kokain tədarükü zəncirinə nəzarət edən ən güclü kölgə cinayətkar qrupu hesab olunur./Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru