ABŞ Ukraynanın arsenalını bir ilə doldura bilməyəcək

11-05-2022, 08:55           
ABŞ Ukraynanın arsenalını bir ilə doldura bilməyəcək
ABŞ-ın Ukraynaya verdiyi tank əleyhinə sistemlərin arsenalını doldurma vaxtı bir ildən çox çəkə bilər.

Axar.az xəbər verir ki, bunu Pentaqon sözçüsü Kristin Vormut deyib.

“Javelin”ə gəlincə, məncə, “Raytheon” şirkəti bir il ərzində sürətini artırmağa çalışır. Əmin deyiləm, amma düşünürəm ki, bu, bir az daha uzun çəkə bilər, lakin biz sənaye nümayəndələri ilə fəal işləyirik”, - Vormut qeyd edib.

Onun sözlərinə görə, ABŞ-ın Ukraynaya təhvil verdiyi tank əleyhinə sistemlərin arsenalını doldurma vaxtı tamamilə onların sistemlərindən asılıdır.

Vormut qeyd edib ki, hazırda istehsalı dayandırılan “Stinger” tank əleyhinə raketləri ilə bağlı müddət onların modernləşdirilməsi və ya mövcud modellər əsasında istehsalı barədə qərarın qəbul edilib-edilməməsindən asılı olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru