Rusiyada inflyasiya son 20 ilin rekordunu qırdı

15-05-2022, 08:24           
Rusiyada inflyasiya son 20 ilin rekordunu qırdı
Rusiyada illik inflyasiya 2022-ci ilin aprelində martdakı 16,69 %-dən 17,83 %-ə yüksəlib.

Federal Dövlət Statistika Xidmətinin məlumatına görə, 2022-ci ilin əvvəlindən qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə daha çox artıb və artımın 3/4-ü mart ayında baş verib ki, bu da 1998-ci ilin dekabrından artıq inflyasiya statistikası baxımından ən pis ay olub.

Qeyd olunur ki, aylıq istehlak qiymətləri 1,56 % artıb. Apreldə ərzaq məhsulları mart ayına nisbətən 2,87 %, illik isə 20,48 % bahalaşıb. Ən çox qənd bahalaşıb – 67 %. Bahalaşma digər ərzaq məhsullarına da daxildir: marqarin yağı – 12,9 %, qara çay, kakao, qatılaşdırılmış süd, peçenye – 7,1-8,9 %, süd, qatıq, mayonez, meyvə şirələri, qara bibər, duz, qazlı içkilər, mineral su, ketçup, dondurma, qəhvə, yaşıl çay, zəncəfil, çörək – 5,0-7,0 % bahalaşıb.

Qeyri-ərzaq məhsulları aprel ayında 0,53%, illik isə 20,19 % bahalaşıb. Apreldə xidmətlərin dəyəri aylıq 1,07 %, illik isə 10,87 % artıb.

Bundan əvvəl Mərkəzi Bank 2022-ci ilin qarşıdakı aylarında Rusiyada inflyasiyanın artacağını bildirib. Mərkəzi Bankın proqnozlarına görə, inflyasiya ilin sonuna kimi 18-23 %-ə çata bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru