İsveç NATO-ya üzv olmaq barədə rəsmi qərar qəbul edib

16-05-2022, 00:01           
İsveç NATO-ya üzv olmaq barədə rəsmi qərar qəbul edib
İsveç NATO-ya üzv olmaq barədə rəsmi qərar qəbul edib. Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, belə bir bəyanatla hakim Sosial Demokrat Partiyası çıxış edib.

"Sosial Demokrat Partiyası bu gün, 2022-ci il mayın 15-də keçirilən iclasında təşkilatın İsveçin NATO-ya üzv olmaq üçün müraciət etməsinə nail olmaq üçün çalışacağına qərar verib", - rəsmi məlumatda deyilir.

Qeyd edək ki, bu gün Finlandiya da Şimali Atlantika Alyansına qoşulmaq üçün rəsmi qərar qəbul edib.

Daha əvvəl Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib ki, Berlinin Avropa İttifaqındakı (Aİ) müttəfiqləri kimi İsveç əslində alyansın formal üzvü olmadan artıq NATO-nun bir hissəsidir. Onun sözlərinə görə, əgər təşkilata üzv olmaq üçün müraciət edilsə, Almaniya müvafiq sənədləri dərhal ratifikasiya edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru