Zelenski Tallin Gerbi ilə təltif edilib

16-05-2022, 00:04           
Zelenski Tallin Gerbi ilə təltif edilib
Ukrayna Prezidenti Volodimir Zelenski Estoniyanın xüsusi mükafatı olan Tallin Gerbi ilə mükafatlandırılıb. “Report”un məlumatına görə, bu barədə Ukrayna Prezidenti Ofisinin mətbuat xidməti xəbər yayıb.

"Ukrayna Prezidenti Volodimir Zelenski xüsusi hörmət əlaməti olaraq təqdim edilən Tallin Gerbini alıb. Ukrayna dövlət başçısının təltif edilməsi haqqında qərar mayın 5-də Tallin Şəhər Şurası tərəfindən qəbul edilib", - məlumatda deyilir.

Qeyd olunur ki, Tallin şəhərinin meri Yevgeni Osinovski Vladimir Zelenskiyə verilən mükafatı Estoniyada səfərdə olan Ukrayna Ali Radası sədrinin birinci müavini Aleksandr Korniyenkoya təqdim edib.

Osinovski vurğulayıb ki, bu mükafat “Tallin və onun sakinlərinin Ukrayna xalqı ilə həmrəyliyini və onlara Rusiya təcavüzünə qarşı qəhrəmancasına mübarizədə dəstəyini nümayiş etdirir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru