Putin Finlandiya prezidentini necə təəccübləndirdi...
16-05-2022, 08:09
Moskvanın Finlandiyaya nə indi, nə də gələcəkdə hücum etməyi planlaşdırdığına inanmıram.
Bunu Finlandiya Prezidenti Sauli Ninistö CNN telekanalına müsahibəsində bildirib.
O qeyd edib ki, Rusiyadan birbaşa təhlükə görmür.
Prezident Finlandiyanın NATO-ya daxil olmaq niyyətini geosiyasi dəyişikliklə izah edir. Ninistö Rusiya Prezidenti Vladimir Putinin ölkənin hərbi bloka qoşulmaq qərarını sakit qəbul etməsinə təəccüblənib.
"Əslində, onun bunu belə sakit qəbul etməsi sürpriz oldu", - deyə Finlandiya Prezidenti qeyd edib.