Ukraynalı miqrantlar Ruandaya deportasiya ediləcək?

16-05-2022, 09:35           
Ukraynalı miqrantlar Ruandaya deportasiya ediləcək?
...Baş nazirin müavini və daxili işlər naziri Vit Rakusan ölkədəki ukraynalı qaçqınların sayını açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti məlumat yayıb.

Onun sözlərinə görə, Çexiyada Ukraynadan olan 200 minə yaxın qaçqın qalıb. Nazir qeyd edib ki, qeydiyyatda olan 342 min qaçqının qalan hissəsi ölkəni tərk edib.

“...Çexiya, Slovakiya və Polşadan fərqli olaraq, Ukrayna ilə həmsərhəd deyil, ona görə də bütün Ukrayna vətəndaşlarının evlərinə getdiyini söyləmək olmaz”.

Bunu deyən Rakusan əlavə dib ki, Çexiyanın tələbi ilə qaçqınların qeydiyyatı üçün ümumavropa informasiya texnologiyaları sisteminin işə salınacağı yaxın iki-üç həftə ərzində daha dəqiq məlumat əldə olunacaq.

Qeyd edək ki, bundan əvvəl Böyük Britaniyanın Daxili İşlər Nazirliyi London və Kiqali arasında əldə olunmuş razılaşmanın nəticələrinə dair sənəd dərc etmişdi. Belə ki, həmən sənədə Ukraynadan olan qeyri-qanuni miqrantlar Ruandaya deportasiya ediləcəklər.

Bu arada Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, ukraynalı qaçqınların sənəddə qeyri-qanuni mühacir anlayışına düşdüyünə və bu səbəbdən Afrikaya deportasiya oluna biləcəyinə diqqət çəkib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.