Rusiya ABŞ-ın şərtlərini qəbul etmir!

16-05-2022, 10:09           
Rusiya ABŞ-ın şərtlərini qəbul etmir!
"...ABŞ-ın Rusiyanın Ukrayna ilə danışıqlar aparması üçün irəli sürdüyü tələblərin heç biri məqbul deyil”.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov Telegram kanalında bildirib.

Onun dediyinə görə, burada söhbət daha əvvəl Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonovun səsləndirdiyi Amerika şərtlərindən gedir.

Məsələn bunlardan üçü: döyüş əməliyyatlarını dayandırmaq, fevralın 24-dək rus qoşunlarını xəttin arxasına çəkmək və “etdikləri hər şeyə görə peşman olmaq”.

Cabarova görə, amerikalıların təklif etdiyi şərtlərin hər üçü Rusiya üçün qəbuledilməzdir,

Yeri gəlmişkən, Avropa liderləri də dəfələrlə Moskvanı Ukraynadakı xüsusi əməliyyatdan imtina məsələsində güzəştə getmək istəməməkdə ittiham ediblər.

...Bu arada Amerikanın “The Hill” nəşrinin köşə yazarı Harlan Ullman ABŞ rəhbərliyini Moskvanın NATO-nun genişlənməməsi tələblərinə məhəl qoymamaqda və Ukraynada xüsusi əməliyyatın başlanmasına səbəb olan bir sıra digər hərəkətlərə yol verməkdə ittiham edib.

Ullmanın dediyinə görə, guya Rusiya dəfələrlə Qərbi məsələnin diplomatik yolla həllinə çağırıb, amma...

Amma, Kremlin belə “səmimi (...humanist də demək olar-A.B.) təklifinə” ABŞ Gürcüstanı NATO-ya “qəbul etməklə”, yəni Moskvanın narazılığına məhəl qoymamaqla cavab verib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.