“Yandex”in həmtəsisçisi şirkəti İsrailə köçürmək niyyətindədir

17-05-2022, 11:03           
“Yandex”in həmtəsisçisi şirkəti İsrailə köçürmək niyyətindədir
“Yandex” şirkətlər qrupunun həmtəsisçisi və baş direktoru Arkadi Voloj təşkilatın Rusiyadan İsrailə köçürülməsinə kömək olunması istəyi ilə Baş nazir Naftali Bennetə müraciət edib. Bu barədə İsrailin biznes qəzeti “Calcalist” məlumat verib.

“Mən Təl-Əvivi şirkətin baş ofisinə çevirmək və yüzlərlə proqramçı, mühəndis və texnologiya mütəxəssisini ölkəyə gətirmək qərarına gəlmişəm”, – deyə “Yandex – İsraildə fəaliyyətin genişləndirilməsi” başlıqlı məktubda qeyd olunur.

Voloj İsrail hökumətindən dövlətin vətəndaşı olmayan işçilərin relokasiyası üçün xüsusi şərtlər təmin etmək niyyətindədir. Söhbət əsasən iş vizalarından və bütün dünyada sərbəst hərəkəti təmin edən sənədlərdən gedir.

Müraciətin surətlərini həmçinin İsrailin maliyyə naziri Aviqdor Liberman, daxili işlər naziri Ayelet Şaked və elm və texnologiya naziri Orit Farkash-Hakoenin də aldıqları qeyd edilir.

Mənbə: Lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru