Bu ölkədə yüz mindən çox vətəndaş itkindir

17-05-2022, 10:27           
Bu ölkədə yüz mindən çox vətəndaş itkindir
Meksikada 1964-cü ildən indiyədək itkin düşənlərin sayı yüz min nəfəri keçib.

Lent.az-ın xəbərinə görə, bu barədə daxili işlər nazirliyinin statistikasında bildirilir. Qeyd olunur ki, 16 aprel 1964-cü ildən 16 may 2022-ci ilədək 100 012 nəfər itkin kimi qeydiyyata alınıb. Onların 70%-i kişidir. İtkin düşmə halları son 16 ildə kəskin artıb və başlıca olaraq narkotik ticarəti şəbəkəsi ilə əlaqədardır.

Lakih QHT-lər bu rəqəmi çox kiçik hesab edirlər.

Bundan başqa ölkənin morqlarında şəxsiyyəti müəyyən edilməmiş 37 000 meyit var. Morqlar həddən artıq dolduğu üçün bir çox meyit şəxsiyyəti müəyyən edilmədən basdırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru