Tehranda məktəb və müəssisələr BAĞLANDI

17-05-2022, 11:48           
Tehranda məktəb və müəssisələr BAĞLANDI
İranın paytaxtı Tehranda yüksək hava çirkliliyi səbəbindən bütün məktəblər, universitetlər və dövlət müəssisələri bağlanıb.

Adalet.az xəbər verir ki, bu barədə Tehran merinin müavini Abid Mələki şəhərdə havanın çirklənmə səviyyəsi və görülən tədbirlərlə bağlı açıqlama yayıb.

Meleki, “Havanın Çirklənməsi ilə bağlı Fövqəladə Komitə son dərəcə antisanitar vəziyyətə görə toplandı. Çərşənbə axşamı havanın çirklənməsi daha da güclənəcək. Buna görə də Tehranda bütün yaş qrupları üçün bütün qurumların, universitetlərin və məktəblərin bağlanması qərara alınıb”, - deyə açıqlamasında bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru