Avropa İttifaqı anti-Rusiya sanksiyalarını dayandırır? - Limit bitir...

17-05-2022, 11:58           
Avropa İttifaqı anti-Rusiya sanksiyalarını dayandırır? - Limit bitir...
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları dayandırır.
Teref.az publika.az-a istinadla xəbər verir ki, bu barədə “Euractiv” portalı Aİ-dəki diplomatik mənbəyə istinadən məlumat yayıb.

Diplomat bildirib ki, Aİ anti-Rusiya sanksiyalarının limitinə yaxınlaşıb.

“Moskvaya qarşı yeddinci sanksiya paketi inanılmaz dərəcədə çətin olacaq. Biz limitlərə çatmağa çox yaxınıq. Əgər Rusiya nefti ilə bağlı belə qarışıqlıq olursa, təsəvvür edin, Rusiya qazına qadağa qoyulması halında nələr baş verərdi”, - mənbə deyib.

Onun sözlərinə görə, Rusiyada neft idxalına embarqo qoyulması təklifinə vetonun ləğvi ilə bağlı Macarıstanla danışıqlarda müəyyən irəliləyişlər olsa da, Aİ-yə üzv ölkələr ümumilikdə “geri addım atıblar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru