Daha bir neytral ölkə NATO ilə yaxınlaşmaq barədə düşünür...

18-05-2022, 09:20           
Daha bir neytral ölkə NATO ilə yaxınlaşmaq barədə düşünür...
İsveçrənin əfsanəvi neytral statusu deyəsən son onilliklər ərzində ən böyük sınaqla üzləşəcək.
Moderator.az xəbər verir ki, bu barədə "Röyter" agentliyi məlumat yayıb.

İsveçrənin müdafiə nazirliyi Rusiyanın Ukraynada müharibəsi fonunda ölkənin təhlükəsizliyinin təmin edilməsi variantları barədə hesabat hazırlyır.

Variantlardan biri NATO ilə yaxınlağmağı, komandanlarla İsveçrə siyasətçiləri və hərbi blok arasında birgə təlimlərin və məsləhətləşmələrin keçirilməsini nəzərdə tutur.

"Nəticə etibarilə neytrallığın interpretasiyasında dəyişikliklər mümkündür", - bunu idarənin təhlükəsizlik siyasəti şöbəsinin rəhbəri Paelvi Pulli deyib.

Onun sözlərinə görə, alynsın tam hüquqlu üzvü olmaq ideyası artıq müzakirə edilib, lakin nazirlik bunu tövsiyə etməyə hazır deyil.

Pulli izah edib ki, 20- ci əsrdə iki dünya savaşında İsveçrənin sərgilədiyi neytrallıq məqsəd olmayıb, İsveçrənin təhlükəsizliyinin yüksəlməsinə və Qərblə Sovet İttifaqı arasında qarşıdurma zamanı da daxil olmaqla vasitəşilik rolunun saxlanmasına yönəlib.

Bundan əvvəl öllənin müdafiə naziri Viola Amherd bəyan edib ki, İsveçrə ABŞ- ın rəhbərlik etdiyi hərbi alyansa qoşulmaq deyil, onunla daha sıx əməkdaşlıq etməlidir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.