ABŞ Konqresinin komitəsindəki dinləmələrdə UNO mövzusu gündəmə gəlib

18-05-2022, 10:37           
ABŞ Konqresinin komitəsindəki dinləmələrdə UNO mövzusu gündəmə gəlib
Pentaqon rəsmiləri konqresmenlərə ABŞ hərbi texnikasının Uçan Naməlum Obyektlərlə (NUO-UFO) toqquşması ilə bağlı on bir hadisə barədə məlumat veriblər.

“Report” xəbər verir ki, Konqresin Nümayəndələr Palatasının kəşfiyyat üzrə xüsusi komitəsinin alt komitəsində keçirilən açıq dinləmədə ABŞ Hərbi Dəniz Qüvvələrinin kəşfiyyat üzrə direktor müavini Skot Breydən Amerika hərbi texnikasının UNO-larla toqquşması hallarının olub-olmaması soruşulub.

“Bizim heç bir toqquşmamız olmayıb. Ancaq bunun az qala baş verdiyi ən azı on bir hadisə var idi”-deyə, Pentaqon rəsmisi bildirib.

Brey bildirib ki, bu hallarda naməlum obyektlərdən toqquşma təhlükəsi barədə xəbərdarlıq siqnalı daxil olmayıb. O, ABŞ ordusunun UNO-larla əlaqə saxlamağa cəhd etmədiyini vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru