KANADA AZƏRBAYCANLI MİLYARDERƏ SANKSİYA TƏTBİQ ETDİ – Siyahıda daha 12 nəfər rus iş adamının adı var

21-05-2022, 08:14           
KANADA AZƏRBAYCANLI MİLYARDERƏ SANKSİYA TƏTBİQ ETDİ –
Kanada hakimiyyəti Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar tətbiq edib.

Qafqaz.media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Agentliyin məlumatına görə, Kanada Xarici İşlər Nazirliyi 14 nəfəri Moskvaya qarşı sanksiya siyahısına daxil edib.

Qeyd olunur ki, siyahıya rusiyalı iş adamları və onların ailə üzvləri, xüsusən Oleq Belozerov, Qriqori Berezkin, Yelena Timçenko, Fərhad Əhmədov, İqor Kesaev, David Davidoviç, Andrey Ryumin, Dmitri Mazepin, Kseniya Frank, Qleb Frank, Nataliya Brauninq, Alexander Lebedev, Yuliya Matvienko daxildir.

Bundan əlavə, Ottava Rusiyaya kompüter avadanlığı və dəbdəbəli malların ixracına da qadağa qoyub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru