Avropanın 8 ölkəsində meymun çiçəyinə yoluxma qeydə alınıb

21-05-2022, 07:55           
Avropanın 8 ölkəsində meymun çiçəyinə yoluxma qeydə alınıb
Avropanın 8 ölkəsində meymun çiçəyinə yoluxma qeydə alınıb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Bürosunun direktoru Hans Klüge deyib.

Klüge vurğulayıb ki, Avropada müəyyən edilən halların əksəriyyəti hələ də yüngül formadadır.
"Avropada və onun hüdudlarından kənarda yoluxma hallarının coğrafi səpələnməsi onu göstərir ki, yoluxma bir müddət davam etmiş ola bilər”, - ÜST rəsmisi qeyd edib.

Bu günə qədər Avropanın azı səkkiz ölkəsi - Belçika, Fransa, Almaniya, İtaliya, Portuqaliya, İspaniya, İsveç və Böyük Britaniyada, həmçinin Avstraliya, Kanada və ABŞ-da xəstəlik qeydə alınıb.

Meymun çiçəyi adətən özünü məhdudlaşdıran xəstəlikdir və yoluxmuş insanların əksəriyyəti müalicə olunmadan bir neçə həftə ərzində sağalır. Bununla belə, xəstəlik xüsusilə azyaşlı uşaqlarda, hamilə qadınlarda və immun sistemi zəif olanlarda daha ağır keçə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru