G7 ölkələri pandemiya ilə mübarizə üçün 18,3 milyard dollar ayıracaq

21-05-2022, 07:53           
G7 ölkələri pandemiya ilə mübarizə üçün 18,3 milyard dollar ayıracaq
“Böyük yeddilik”, yəni G7 ölkələri (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) “ACT-Accelerator” beynəlxalq mexanizminə 18,3 milyard ABŞ dolları ayırmaq qərarına gəliblər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Böyük yeddiliy”in səhiyyə nazirlərinin Berlində keçirilən görüşünün yekunları üzrə yayımlanan kommünikedə deyilir. Hazırda G7-yə Almaniya sədrlik edir.

“G7 üzvləri “ACT-Accelerator”a 18,3 milyard dollar ayırmaqla bağlı öhdəlik qəbul edib. Bunun da 12,36 milyard dolları COVAX-a ayrılıb”, - bəyanatda deyilir.

Bundan əlavə, G7 ölkələrinin İngiltərənin Karbis Bey kurort şəhərciyində keçirilən görüşdə, əsasən COVAX üçün olmaqla, 870 milyon doza peyvənd təmin etməyi öhdələrinə götürdükləri qeyd olunur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.