Zelenski: “42 ölkə Beynəlxalq Ədalət Məhkəməsində Ukraynanın Rusiyaya qarşı iddiasına qoşulmağa hazırdır”

21-05-2022, 08:45           
Zelenski: “42 ölkə Beynəlxalq Ədalət Məhkəməsində Ukraynanın Rusiyaya qarşı iddiasına qoşulmağa hazırdır”
Beynəlxalq Ədalət Məhkəməsində Ukraynanın Rusiyaya qarşı işində artıq 42 ölkə Ukraynanın tərəfini tutub.


Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün “Twitter” səhifəsində yazıb.

"Beynəlxalq Ədalət Məhkəməsində Rusiya Federasiyasına qarşı işdə 42 dövlət Ukraynanın tərəfini tutdu və bizim iddiamıza qoşulmaq niyyətini açıqladı. Tarixin doğru tərəfini seçmiş tərəfdaşlara minnətdaram. Bu, həqiqətin, beynəlxalq hüquq və ədalətin tərəfidir. Biz birlikdə Rusiya Federasiyasını məsuliyyətə cəlb edəcəyik”, – deyə notada bildirilir.

Mənbə: Unian.net












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.