Avropa İttifaqından Ukraynaya maliyyə dəstəyi

21-05-2022, 09:38           
Avropa İttifaqından Ukraynaya maliyyə dəstəyi
Avropa İttifaqı makromaliyyə yardımı çərçivəsində Ukraynaya daha 600 milyon avro tranş göndərib.

Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen məlumat verib:

“Bu gün biz Ukraynaya 600 milyon avro məbləğində yeni makromaliyyə yardımı tranşı ayırdıq”.

Xatırladaq ki, ABŞ Senatı Ukraynaya hərbi, iqtisadi və humanitar yardım üçün 40 milyard dolların ayrılmasını təsdiqləyib. Öz növbəsində G7 (Böyük yeddilik) ölkələri Kiyevə təcili maliyyə ehtiyacları üçün 18,4 milyard dollar iqtisadi yardım edəcək.

Mənbə: Vestnik Kavkaza












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru