Rusiyanın çıxışı zamanı 5 ölkənin nümayəndələri APEC nazirlərinin görüşünü tərk edib

21-05-2022, 12:12           
Rusiyanın çıxışı zamanı 5 ölkənin nümayəndələri APEC nazirlərinin görüşünü tərk edib
Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikovun çıxışı zamanı Yaponiya, ABŞ və daha 3 ölkənin təmsilçiləri Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) təşkilatının ticarət nazirlərinin görüşünü tərk ediblər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın “Kyodo” agentliyi məlumat yayıb.
Ətraflı

Xatırladaq ki, APEC nazirlərinin iclası Tailandın Banqkok şəhərində keçirilir. Reşetnikov tədbirə videoformatda qoşulub.

İclası tərk etmək haqqında qərar Rusiyanın Ukraynadakı əməllərinə etiraz əlaməti olaraq qəbul edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru