Kreml oğurlanmış Ukrayna buğdasını Afrika ölkələrinə satmağa çalışır
8-06-2022, 09:04
Kreml oğurlanmış Ukrayna buğdasını satmaqla, gəlir əldə etməyə çalışır. Buğdanı quraqlıqdan zərər görmüş Afrika ölkələrinə satmaq nəzərdə tutulur. Bu ölkələrdən bəziləri aclıqla üzləşə bilərlər.
Bu barədə Amerikanın “Nyu-York Tayms” qəzetindəki materialda söhbət açılır.
Mayın ortalarında Birləşmiş Ştatlar 14 ölkəyə, əsasən Afrika ölkələrinə xəbərdarlıq göndərib ki, Rusiyanın yük gəmiləri Ukrayna yaxınlığındakı limanları oğurluq buğda ilə tərk edirlər. Üç Rusiya yük gəmisinin adı çəkilir ki, onlar oğurluq buğdanı daşıyırlar.