Rusiya Avropa Məhkəməsinin qərarlarını icra etməyəcək

8-06-2022, 11:14           
Rusiya Avropa Məhkəməsinin qərarlarını icra etməyəcək
Rusiya Dövlət Duması ikinci və üçüncü oxunuşda Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının icra olunmaması ilə bağlı iki qanun layihəsini qəbul edib.


Bu qanunlar Rusiya məhkəmələrinə AİHM-in martın 15-dən sonra qəbul etdiyi qərarları icra etməməyə imkan verəcək. Bundan əlavə, AİHM-in bu tarixdən əvvəl qüvvəyə minmiş qərarlarına əsasən kompensasiya ödənişləri Rusiya banklarındakı hesablara yalnız rublla həyata keçiriləcək. Sənəddə deyildiyi kimi, “düşmən dövlətlərdə yerləşən xarici kredit təşkilatlarındakı hesablara” ödənişlər edilə bilməz.

Bundan əlavə, Rusiya məhkəmələrinin qərarları AİHM-in qərarlarından üstün sayılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru