Ukrayna ordusunda döyüşən əcnəbilərlə bağlı bəyanat
9-06-2022, 00:09
Ukrayna Silahlı Qüvvələrinin tərkibində hərbi əməliyyatlarda iştirak edən bütün xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər 1992-ci il tarixli “Hərbi vəzifə və hərbi xidmət haqqında” Ukrayna Qanununa uyğun olaraq müqavilə əsasında hərbi xidmətə könüllü qəbul ediliblər.
Teref.az-ın yazdığına görə, Buta.ws xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatında bildirilib.
Baş Qərargah xatırladıb ki, 1949-cu il Cenevrə Konvensiyaları hərbi əsirlərə qarşı zorakılıq, hədə-qorxu və hər hansı qanunsuz hərəkətləri qadağan edir, əsirlikdə olan hərbi qulluqçulara humanist münasibət göstərməyi öhdəsinə götürür.
Beynəlxalq humanitar hüququn müvafiq tanınmış qaydalarına əməl edilməməsi Konvensiyanın ciddi şəkildə pozulmasıdır.