Belarusda ordunu hərbi rejimə keçirməyə başlayıblar
9-06-2022, 08:24

Belarus silahlı qüvvələrində döyüş hazırlığı dərsləri başlanıb.
Bu barədə iyunun 7-də respublikanın Müdafiə Nazirliyindən xəbər veriblər.
Qeyd olunur ki, tədbir silahlı qüvvələrin hazırlığı üçün nəzərdə tutulmuş plana uğun (2021/2022 tədris ili üçün) həyata keçirilr.
«Döyüş hazırlığı dərslərinin növbəti çağırışdan sonra hərbi xidmət və ilkin hərbi hazırlıq proqramının yeni dolğunlaşdırılması proqramı üzrə həyata keçirilir» - Belarus müdafiə idarəsində xəbər veriblər.
Bu zaman qeyd olunub ki, dərslərin ümumi istiqaməti ardıcıl kompleks məşqlərin bütün kateqoriya hərbi xidmətçilərlə, bölmələrlə, hərbi hissələrlə, birliklərlə, hərbi idarə orqanları ilə həyata keçirilməsindən və tədbirlərin dinc şəraitindən hərbi şəraitə keçirilməsindən ibarətdir».
Xatırladaq ki, Belarusda dəfələrlə bəyan ediblər ki, ölkə xarici təcavüzün qarşısını almalıdır. Mayın 4-də respublikada reaksiya qüvvələrinin yoxlanması həyata keçirilir - bu çərçivədə anbarlarda saxlanan hərbi texnikanın konservasiyadan çıxarılması aparılır. Bu zaman Minskdə qeyd edirlər ki, bütün tədbirlər yalnız müdafiə xarakteri daşıyır.
AzPolitika.info