Gürcüstan hərbi xidmət müddəti səkkiz aya endiriləcək

9-06-2022, 19:28           
Gürcüstan hərbi xidmət müddəti səkkiz aya endiriləcək
Gürcüstanda məcburi hərbi xidmət müddəti 12 aydan 8 aya endiriləcək. Çağırışçılar yalnız Müdafiə Nazirliyinin strukturlarında xidmət keçəcək.

Bunu ölkənin müdafiə naziri Cuanşer Burçuladze cümə axşamı parlamentdə görülən işlər barədə hesabat verərkən deyib.

“Milli hərbi çağırış xidməti formalaşdırılacaq. Xidmət müddəti 12 ay deyil, səkkiz ay olacaq. Çağırışçılar yalnız Müdafiə Nazirliyinin strukturlarında xidmət keçəcək. Bu o deməkdir ki, gənclərimiz yüksək səviyyəli ilkin döyüş hazırlığı əldə edəcəklər. Xidmət zamanı yalnız hərbi tapşırıqlar yerinə yetiriləcək və bu, ehtiyatda olan xidmət üçün əla baza yaradacaq”, – Burçuladze bildirib.

Qeyd edək ki, hazırda Gürcüstanda məcburi hərbi xidmət həm Müdafiə Nazirliyinin strukturlarında, həm də Daxili İşlər, Ədliyyə Nazirliyi və Xüsusi Dövlət Mühafizə Xidmətinin strukturlarında həyata keçirilə bilər. Xidmətə 18 yaşdan 27 yaşa kimi şəxslər çağırılır.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru