“Böyük Britaniya Ukraynaya uzaq məsafəli silahlar verməyə hazırdır” – Səfir
10-06-2022, 07:52
Böyük Britaniya Ukraynaya uzaq məsafəli silahlar verməyə hazırdır, baxmayaraq ki, bu məsələ kifayət qədər aktiv diskusiya doğurub.
Bu fikri «NV»-ə müsahibəsində Böyük Britaniyanın Ukraynadakı səfiri Melinda Simmons dilə gətirib. Ətraflı
«Böyük Britaniya tərəfindən Ukraynaya hərbi dəstək göstərilir ki, ölkə özünü müdafiə edə bilsin. Məsələn, iyunun 6-da (2022) uzaq məsafəli raket kompleksi barədə bəyanat meydana gəldi. Bu dəstək Ukraynaya bu ölkənin kömək barədə xahişi əsasında göstərilir ki, ölkə müdafiə oluna bilsin» - səfir qeyd edib.
Simmons həm də qeyd edib ki, Ukraynada müharibə mümkün qədər tez qurtarmalıdır.