Almaniya Ukraynaya 3,5 milyon avroya qədər vəsait verəcək

10-06-2022, 08:32           
Almaniya Ukraynaya 3,5 milyon avroya qədər vəsait verəcək
Almaniya Ukraynanın enerji sektorunu dəstəkləmək üçün 3,5 milyon avroya qədər vəsait ayıracaq.

"Report" "RBC-Ukraina"ya istinadən xəbər verir ki, bu barədə Almaniyanın Kiyevdəki səfiri Anka Feldhuzenin Ukraynanın energetika naziri Herman Qaluşenko ilə danışıqların yekunlarına dair bəyanatında deyilir.

Vəsait müharibə nəticəsində zədələnmiş elektrik şəbəkələrinin təmirinə sərf olunacaq.

Feldhuzenin sözlərinə görə, Almaniya Ukraynanın elektrik enerjisinin ötürülməsi üzrə Avropa sistem operatorları şəbəkəsinə tam inteqrasiyasını dəstəkləyir.

Bundan əvvəl Almaniyanın Energetika Nazirliyi əlavə edib ki, rəsmi Berlin Ukraynaya elektrik enerjisinin ixracı imkanlarını artıracaq avadanlıq almağa kömək edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru