Fransanın qida sənayesində başlayan bakteriya böhranı böyüyür

15-06-2022, 10:24           
Fransanın qida sənayesində başlayan bakteriya böhranı böyüyür
Fransada “E.coli” bakteriyası tapılan qida məhsullarının siyahısına yenisi əlavə edilib.

Pizza, pendir və şokolad məhsullarında aşkar edilən müxtəlif bakteriyalardan sonra indi də qatıq istehsal edən “Malo” şirkəti məhsullarını geri çağırır.


Şirkət İl və Vilen departamentindəki (Ille-et-Vilaine) fabrikdə istehsal olunan bütün qatıq məhsullarının geri çağırıldığını açıqlayıb.

Fransada qida sənayesində bakteriyalarla bağlı son xəbərlər narahatlıq yaradıb. Mart ayında “Buitoni” brendinin pizza məhsullarında “E.coli” bakteriyası aşkar edilib. İki uşaq pizza yedikdən sonra ölüb.

Aprel ayında İtaliyanın “Ferrero” şirkətinin şokolad məhsullarında “salmonella” bakteriyası aşkar edilib.

Belçikada şokoladların istehsal olunduğu fabrik bağlanıb, məhsullar geri çağırılıb və şirkət haqqında araşdırma başlayıb. Həmin günlərdə pendirdə “listeria” bakteriyası aşkar edildikdən sonra istehlakçılardan bakteriya müşahidə edilən altı növ pendiri almamaları və ya geri qaytarmaları istənilib.

Mənbə: TRT Haber












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru