ABŞ-ın Ohayo ştatında müəllimlər icazə vəsiqəsi olmadan sinif otaqlarında üzərilərində silah gəzdirə biləcəklər

15-06-2022, 10:18           
ABŞ-ın Ohayo ştatında müəllimlər icazə vəsiqəsi olmadan sinif otaqlarında üzərilərində silah gəzdirə biləcəklər
ABŞ-ın Ohayo ştatında Qubernator Mayk DeVayn tərəfindən imzalanan yeni qanuna əsasən, ştatın məktəblərində çalışan müəllimlər və işçilər 24 saatlıq təlimi başa vurduqdan sonra payızda başlayacaq yeni dərs ilində icazə vəsiqəsi olmadan sinif otaqlarında üzərilərində silah gəzdirə biləcəklər.

AZƏRTAC xəbər verir ki, “Silahlı müəllim hazırlığı qanunu” 90 gün ərzində qüvvəyə minəcək. Qanuna əsasən, təlim saatlarının sayı 728-dən 24-ə endiriləcək. Müəllimlər və məktəb işçiləri, o cümlədən qapıçılar və avtobus sürücüləri də hər il əlavə 8 saat silah təlimi keçməli olacaqlar.

Silah daşımaq üçün təlim keçmiş bütün məktəb işçiləri hər il cinayət keçmişinin yoxlanılması prosedurundan keçməlidirlər. Ohayo ştatında 200-ə yaxın məktəb var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru