Yaponiya stomatoloqları əhalini maskalardan daimi istifadədən imtina etməyə çağırıblar

15-06-2022, 10:48           
Yaponiya stomatoloqları əhalini maskalardan daimi istifadədən imtina etməyə çağırıblar
Yaponiya stomatoloqları əhalini tibbi maskalardan daimi istifadədən imtina etməyə çağırıblar.

AZƏRTAC xəbər verir ki, belə bir çağırışla Yaponiyanın Fukui prefekturasının Stomatoloqlar Assosiasiyasının sədri Hiroki Oqivara çıxış edib. “Fuji” televiziyasında çıxış edən assosiasiya sədri bildirib ki, tibbi maskalardan daimi istifadə kariyesin əmələ gəlməsinə və parodontitin inkişafına səbəb olur.

“Maska taxmış insanların əksəriyyəti burunları ilə deyil, əsasən ağızları ilə nəfəs alırlar. Bu ağız boşluğunun qurumasına səbəb olur və kariyes, həmçinin parodontit təhlükəsini artırır”, - deyə stomatoloq bildirib. H.Oqivara əlavə edib ki, ağız suyu bakteriyaları neytrallaşdırdığna görə, bu mayenin yoxluğu sağlamlığa ciddi təsir göstərir.

Buna yol verməmək üçün stomatoloqlar qulaqların və çənənin altındakı ağız suyu vəzilərini 10 saniyə müddətində masaj etməyi məsləhət görürlər.

Xatırladaq ki, Yaponiya hökuməti mayda pandemiya ilə əlaqədar vəziyyət yaxşılaşdığına görə əhalini maskalardan imtina etməyə çağırıb. Həmçinin qapalı yerlərdə sosial məsafəni gözləmək şərti ilə maskalardan imtina tövsiyə edilib. Buna baxmayaraq, yaponların böyük əksəriyyəti hələ də açıq havada belə maska taxmaqda davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru