Gürcüstan Prezidenti əhalini mitinqə çağırdı

15-06-2022, 09:31           
Gürcüstan Prezidenti əhalini mitinqə çağırdı
Gürcüstan prezidenti Salome Zurabişvili vətəndaşları Tbilisidə, Avropa meydanında keçiriləcək mitinqə gəlməyə çağırıb.

Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, o ölkənin Avropaya inteqrasiyası siyasəti kursunun dəstəklənməsi üçün vətəndaşları iyunun 16-da Tbilisidə, Avropa meydanında keçiriləcək mitinqə gəlməyə çağırıb.

“İyunun 16-da sizi Avropa Meydanına və Rike Parkın yaxınlığında toplaşmağa dəvət edirəm. Gəlin bir-birimizin gözünün içinə baxaq və Avropaya inteqrasiya yolunda özümüzü, birliyimizi, iradəmizi göstərək”,- deyə Zurabişvili bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru