Aralıq dənizində fəlakətli sunami proqnozlaşdırılır 23-06-2022, 11:44 Aralıq dənizində fəlakətli nəticələrə malik olacaq sunami baş verə bilər.Belə proqnozla UNESCO-nun Okeanoqrafiya Komissiyası çıxış edib.Təbiət hadisəsinin yaxın 30 ildə baş verə biləcəyi, dalğaların hündürlüyünün bir metrdən yuxarı olacağı bildirilib.Komissiyanın katibi Vladimir Ryabinin sözlərinə görə, bunun baş vermə ehtimalı 100% olmasa da, çox yüksəkdir və bölgə ölkələri buna hazır olmalıdır.Mənbə: Marca Facebook-da paylaş