Liviyada İŞİD tərəfindən girov götürülən 13 ukraynalı həkim azad edilib.
Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Pavel Klımkin deyib. “Yaxşı xəbər var: İŞİD-in girov götürdüyü 13 həkim azad edilib və Ras-Lanuf şəhərinə gətirilib”.
Həmin həkimlər bir neçə il bundan əvvəl itkin düşmüşdülər.